Sionist rejimi Qəzzə şəhərindəki “ət-Tabein” məktəbinin bombalanmasında 7000 dərəcə istilik yaradan Amerika istehsalı olan bombalardan istifadə edib. Vaşinqton bu cür öldürücü avadanlıqlar göndərməklə Qəzzədə soyqrımın davam etməsinə əməli şəkildə razılıq verir.
“Bu bombalar çox dəqiq, rabitə müdaxiləsinə və idarə olunan elektron müharibəyə davamlıdır. Bu bombaların istifadəsi Amerikanın, İsrail rejiminin Qəzzə zolağındakı müharibəsinin davam etməsi siyasəti ilə praktiki olaraq razılaşması deməkdir.” Bunlar İsrailin şənbə günü səhər Qəzzədə törətdiyi cinayətdə istifadə etdiyi bombalar barəsində İsrail qəzetlərindən birinin dərc etdiyi hesabatın bir hissəsidir.
Sionist rejimi Qəzzə müharibəsinin 309-cu günü səhər Qəzzə zolağındakı növbəti bir məktəbi bombalamaqla onlarla fələstinli köçkünü sübh namazı vaxtı şəhid edib və yaralayıb.
Sionist rejimi törətdiyi bu yeni cinayəti etiraf edib və həmişə olduğ kimi ona haqq qazandırmaq üçün bu məktəbin HƏMAS-ın fəaliyyət mərkəzi olduğunu və buna görə hədəfə alındığını iddia edib. Bu cinayət hələ yuxuda olan çox sayda uşaq, qadın, qocaların və həmçinin sübh namazını qılmağa hazırlaşan onlarla fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnib.
Qəzzənin Mülki Müdafiə Təşkilatının yardım şöbəsinin rəhbəri “Məhəmməd əl-Muğir” sionistlərin Qəzzə şəhərinin “əd-Dərc” məhəlləsində yerləşən “ət-Tabein” məktəbində törətdikləri cinayətin 3 ədəd Amerika istehsalı olan “MK-84” adlı bomba ilə baş tutduğu haqda məlumat verib. Bu bombanın istilik dərəcəsi 7000-ə çatır.
Bu bomba Mark 80 seriyasının ən böyük bombasıdır. MK-84 bombalarının əsas hədəfi böyük binalar, zovadlar, enerji stansiyaları, körpülər, yerlatı sığınacaqlar, təyyarə anqarlarıdır. Bu, F-16 sursatları arasındakı ən böyük sursatdır. MK-84 bombası 15.2 m enliyində və 11 metr dərinliyində krater yarada bilir. 380 mm metala nüfuz edə bilən bu bombanın dağıdıcı diametri 336 m-dir.
Jurnalistlər arasında çıxış edən Əl-Muğir deyib: “Ət-Tabein məktəbində 2400-ə yaxın insan məskunlaşmışdı. İsrail cari həftədə qaçqınların məskunlaşdığı 6 məktəbi bombalayıb.”


İsrail qəzetinin hesabatına əsasən, sionist rejimi qabaqcıl lazer yönləndirmə sistemləri yaxud Qlobal Mövqeləşdirmə Sistemi (GPS) olan bombalar vasitəsi ilə ABŞ-ın “JDAM” sistemi tərəfindən idarə olunan bombalardan istifadə edib. Bu bombalar qabaqcıl sensor texnologiyasına və süni intellektə əsaslanır.
İsrail ordusunun radiosu İsrailin, törətdiyi bu qırğında 8 ədəd JDAM bombasından istifadə etdiyini bildirib.
