Əl-Məyadin Amerika cəfəngiyyatını sual altına saldı
Əl-Məyadin telekanalı diplomatic faktlarla Əlqaidə sərkərdəsinin ABŞ-ın elan etdiyi kimi öldürülmədiyi haqda reportaj yayımlayıb.
Fars Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Əl Məyadin kanalı 4 avqust tarixində diplomatik sənədlərə əsasən, bir reportajda elan edib ki, terrorçu Əlqaidə sərkərdəsi olan “Əymən Əl-Zəvahiri” ABŞ rəsmilərinin iddia etdikləri tərzdə ölməyib.
Əlməyadinin istinad etdiyi diplomatik mənbələr deyiblər ki, Əymən Əl-Zəvahiri naməlum mənşəli partlayışda ölüb və bu partlayışın mahiyyəti və detalları barədə heç bir məlumat yoxdur.
Əl-Məyadin reportajda həmçinin sitat gətirərək elan edib ki, Taliban Əl-Zəvahirinin öldürülməsini təsdiqləyib və etibarlı qaynaqlar da onun cəsədini gördüklərini deyiblər.
Bundan əvvəl də bəzi media vasitələri və hətta şəxslər də Əymən Əl-Zəvahirinin necə ölüməsi və yaxud öldürülməsi barədə şübhələndiklərini bildirmişdilər. Misir İslam Cəmiyyətinin təsisçisi və islam təşkilatları mütəxəssisi Nacih İbrahim “Əl-Qahirə 24” internet portalına verdiyi müsahibədə demişdi ki, Əymən Əl-Zəvahirinin 4 il əvvəl ölümü barədə hətta Qərb medialarında da məlumatlar dərc edilibmiş. Belə ki, mediaların 4 il əvvəl yazdıqlarına görə 70 yaşlı Əl-Zəvahirinin səhhəti stabil deyil və onun vəfatı heç də təəccübləndirici bir hadisə olmazmış.
Nacih İbrahim müsahibəsinin davamında deyib: Əymən Əl-Zəvahirinin ölümü tamamilə təbii ölüm hesab olunur. Xüsusilə də o, qaraciyər xərçəngindən əziyyət çəkirdi və bu xəbər dəfələrlə medialarda açıq-aşkar elan olunmuşdu.
Əymən Əl-Zəvahirinin necə ölməsi barədə xəbərlərin şübhələr oyatması Ağ Ev Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin CNN-ə müsahibəsindən sonra başlayıb. Belə ki, Con Kirbi Əl-Zəvahirinin öldürülməsini əminliyi barədə deyib: “Bizim DNA təsdiqləyicimiz yoxdur və belə bir təsdiqi əldə edə biləcəyimizə də inanmıram. Amma doğrusunu desəm, biz bir neçə metod və qaynaqlardan aldığımız məlumata kifayətlənirik və təsdiqə də ehtiyac duymuruq”. Əslində Con Kibri sırf zahiri müşahidəyə əsaslanmış təsdiqə əsasən Əl-Zəvahirinin öldüyünü elan edib.
Xatırladaq ki, çərşənbə axşamı səhər tezdən ABŞ-ın yüksək rütbəli rəsmisi terror qruplaşması Əl-Qaidənin ali rütbəli sərkərdəsinin Kabildə PUA hücumu vasitəsi ilə məhv edildiyini rəsmi surətdə elan etmişdi.
Assosiated Press Agentliyi də ABŞ dövlətinə bağlı təhlükəsizlik qaynaqlarına istinadən yazmışdı ki: “ABŞ-ın Əfqanıstan paytaxtı Kabil şəhərinə hücumundə terror qruplaşması olan Əl-Qaidə sərkərdəsi Əymən Əl-Zəvahiri öldürüldü”.
Bu xəbərdən sonra Co Bayden Ağ Evin mətbuat brifinqində demişdi: Terrorçu Əl-Qaidə qruplaşmasının rəhbəri Əymən Əl-Zəvahirini Əfqanıstanda öldürdük. Əl-Zəvahiri müxtəlif hücumlarda bir çox amerikalının ölümünə səbəb olmuşdu.
Digər tərəfdən də “New York Times”a daxil olan məlumatlara görə Əl-Zəvahiri Talibanın daxili işlər naziri Siracəddin Həqqaninin baş köməkçisinin evində “HillFire”raketi ilə vurulub.
Amerika jurnalistləri yazır ki, Ben Ladendən sonra Əl-Qaidənin ən nüfuzlu sərkərdəsi Əl-Zəvahiri idi. Ondan başqa heç bir sərkərdə nüfuz sahibi olmayıb. Misirli olan bu radikal sərkərdə terrorçu qruplaşmanın bir növ ilham mələyi imiş və on illərdir ki, Amerikanı hədəf alıbmış.
Jurnalistlər daha sonra yazırlar: “2001-ci ildən bəri Əl-Zəvahirinin başına 25 milyon dollar təyin olunmuşdu. O, 11 sentyabr terrorundan sonra bir çox əməliyyatlara başçılıq edib. Amerikanın 2000-ci ildə “USCool” gəmisinə hücumda 17 dənizçinin ölümünə səbəb olan əməliyyata da o başçılıq etmişdi. 1998-ci ilin avqustunda Keniya və Tanzaniyada ABŞ səfirliyinə hücum əməliytında 224 nəfərin ölümünə də Əl-Zəvahiri cavabdehdir.