Yəmənin Səhiyyə Nazirliyi son statistik məlumatlarında ABŞ-ın bazar günü gecə Səna vilayətinə endirdiyi hava hücumunda şəhid olanların sayının 6-ya yüksəldiyini açıqlayıb.
Məlumata əsasən, bəzi Yəmən KİV-ləri ötən gecə (bazar günü) ABŞ-ın Sənanın qərbində yerləşən Bəni Mətardakı əs-Səvari keramika fabrikini üç dəfə bombaladığını bildirib.
Bu kontekstdə Yəmənin xəbər TV kanalı dünən (bazar ertəsi) Yəmənin Səhiyyə Nazirliyinə istinadən bildirib ki, ABŞ ordusunun Səna əyalətinin “Bəni Mətar” bölgəsindəki “əs-Səvari” keramika fabrikinə bazar günü gecə həyata keçirdiyi hava hücumunda şəhid olanların sayı 6 nəfərə çatıb.
Hücum zamanı 20 Yəmən vətəndaşı da yaralanıb.
Bundan əvvəl isə Yəmən mənbələri şəhidlərin sayını 2, yaralıların sayını isə 12 olaraq açıqlamışdı.
Yəmənin müxtəlif bölgələri, xüsusilə də Hudeyda əyaləti son həftələr ABŞ-ın təcavüzkar hücumlarının hədəfinə çevrilib.
Yəmən silahlı qüvvələrinin Qırmızı dəniz və Ərəbistan dənizi, Bab əl-Məndəb və Ədən körfəzində İsrail gəmilərinə qadağaların bərpa olunduğunu elan etməsindən sonra Qəzzədə fələstinlilərin qətliamına qarşı sionist rejimə dəstək verən ABŞ Yəmənə hücumlarını bərpa edib.