İşğalçı İsrailin Silahlı Qüvvələrinin (“SAXAL”) Baş Qərargah rəisi Qadi Ayznekut 70 israillinin İŞİD terror təşkilatına qatıldığını etiraf edib.
“Hafta.az” “Əl-Yəvm Əs-Sabii” nəşrinə istinadən bu haqda xəbər yayıb.
Qadi Ayznekut açıqlamasında, həmçinin “İŞİD”in İsrail dövlətinin “1 nömrəli” düşməni olduğunu iddia edib.
İsraildə çıxan “Yediot Ahranot” qəzeti də İsraildən ən azı 70 gəncin 2016-cı ildə “İŞİD” sıralarında döyüşdüyünü yazıb.