İngilis KİV-dən biri, Turki Ali-Şeyxin rəhbərliyi altında Ərəbistan Əyləncə və İstirahət Şurasının Ərəbistanda keçirdiyi MDL Beast musiqi festivalında iştirak edən xarici ölkələrdən olan qadınların şok etiraflarına istinadən açıqlayıb ki, bu festival həqiqətdə qadınlara təcavüz məkanına çevrilib.
Ərəbistan isə bu festival barədə elə danışır sanki, dünyanın ən böyük musiqi hadisəsini həyata keçirib. Amma, bu festival barədə yenicə aşkar olunmuş həqiqətlər başqa sözlər deyir.
Bu KİV bildirib ki, Ərəbistan ötən illərdə musiqi festivallarında yaranan problemlər və qadınlara qarşı təcavüz mövzusuna görə tənqid olunmasına baxmayaraq, cari ildəki festivalda heç bir dəyişiklik baş verməyib.
Turki Ali-Şeyxin həyata keçirdiyi bütün festivallar Ərəbistanın vəli əhdi olan İbn Salmanın qara dəftərini təmizləmək əvəzinə Ərəbistanı növbəti dəfə tənqid və məsxərə obyektinə çevirdi.
Bir sıra Ərəbistanlı fəallar ilk günlərdən Ərəbistanda baş verən bu hadisə barəsində xəbərdarlıq etmişdirlər, amma, onlara nəsib olan yeganə şey həbsxana oldu.
Bu fəal və tənqidçilərdən biri Fəhd əl-Yusifdir ki, Cəddə şəhərində “halal klublar” adı ilə məşhurlaşan tənqid xarakterli videonu paylaşma cinayətinə görə 36 aydır həbsdədir.
Xalid əş-Şəhri də bu barədə fikir bildirdiyi üçün oxşar halla qarşılaşıb.
Buna görə də Ərəbistan həbsxanaları Riyad və Cəddə şəhərlərində keçirilən festivallara etiraz edən şəxslərlə doludur. Niyə də belə olmasın?! İbn Salman, insan haqlarının ziddinə olan cinayət işlərindən xilas olmasını belə mərasimlərin keçirilməsində görür və cavanların beynini yumaq üçün ən yaxşı vasitə hesab edir.