“Qırmızı Dəniz” layihəsinin yüksək rütbəli məsul şəxslərindən biri, Ərəbistanın qadınlar üçün artıq heç bir məhdudiyyət tanımayacağını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Ərəbistanın “Qırmızı dəniz” İnkişaf şirkətinin turizm departamentinin baş direktoru Loridana Bitinati, Səudiyyə rejiminin “İslamı silmək” üçün geniş fəaliyyətləri çərçivəsində BƏƏ-də keçirilən bir mərasimdə deyib ki, bundan sonra qadınlar üçün heç bir məhdudiyyət olmayacaq.
O, müxbirlərdən birinin cavabında deyib: Subay şəxslər də hotel rezerv edə bilərlər. Heç bir kişi və qadından soruşulmayacaq ki, evlidir ya subay. Həmçinin, qadınlar qırmızı dəniz sahillərində adət-ənənələrdən kənar paltarlar geyinə bilərlər.
Dubayda keçirilən bu mərasimdə Qırmızı Dəniz Beynəlxalq Şirkəti (RSG), 2023 və sonrakı illər üçün öz planlarını nəzərdən keçirib. Həmçinin, bildirilib ki, May ayında bu şirkət 3 hotelinin açılışını edəcək.
Bitinati, həmçinin, deyib ki, bu şirkətin məqsədi turizm səviyyəsinin yüksəldilməsi, şəxsi ticarət və Fars Körfəzi Həmkarlar Şurasının üzvi olan ərəb ölkələrində luks səyahət sektorunun sürətli inkişafıdır.
Ötən Oktyabr ayında Səudiyyə Ərəbistanının paytaxtında ölkənin Əyləncə Şurasının dəstəyi ilə keçirilən “Halloween” tədbiriylə bağlı görüntülərin yayılması, Səudiyyə vətəndaşlarının və müsəlmanların çoxunun qəzəbinə və məsxərəsinə səbəb olub.
Ötən Yanvar ayında da sosial şəbəkə istifadəçiləri Səudiyyə Əyləncə Şurasının rəhbəri Türki Ali Şeyxin Hicaz əmmaməsindən istifadənin qadağan olunması barəsindəki mövqeyini şiddətli şəkildə tənqid ediblər. Onlar bu addımı ibn Salmanın Hicaz əhalisi ilə xüxusilə mədəniyyətləri, hətta geyinləri ilə mübarizə kimi dəyərləndiriblər.
Bundan öncə də xəbər agentliklərindən biri, Səudiyyə vəliəhdinin bəzi məsələləri dəyişmək və bəzi addımlar atmaqla ənənəvi Ərəbistan cəmiyyətini sekulyarizasiyaya doğru hərəkət etdirmək fikrində olduğunu göstərən sənəd təqdim etmişdir.
İfşa olunmuş bu sənədə əsasən, ibn Salman, 2030-cu ildə ənənəvi Ərəbistan cəmiyyətini sekulyarlaşdırmaq və bu ölkənin kimliyini tədrici dəyişmək üçün var gücü ilə çalışır. Bu sənədin məzmununa əsasən, ibn Salman, Səudiyyə hökumətinin nümayəndə heyəti ilə görüşdə ölkənin İslam İşləri, Təbliğ və İrşad Nazirliyinə göstəriş verib ki, Ərəbistanda “intellektual torelantlıq” adlanan layihə çərçivəsində proqramlar hazırlasınlar.