İnsan Haqları Təşkilatları 9 uşağın adını dərc etməklə bildiriblər ki, Səudiyyə Ərəbistanı orqanları İbn Salmanın göstərişi ilə onları ölüm siyahısına yazıblar və onlar hər an edam oluna bilərlər. Onlar dünya xalqlarından bu azyaşlı uşaqlarla həmrəy olduqlarını bildirmələrini istəyiblər və Ərəbistanın bu addımlarını “Uşaq Hüquqları Konvensiyasının aşıq şəkildə pozulması” kimi qələmə veriblər.
Ərəbistanda İnsan Haqları Müdafiəsi Komitəsi bu ölkənin camaatının regionda bənzəri olmayan zülm, əziyyət və həmçinin, davamlı şəkildə ədalətsizliyə məruz qaldıqlarını bildirib.
Bu komitə əlavə olaraq deyib: Burada fikir, ifadə azadlığı yoxdur və Səudiyyə Ərəbistanı həbsxanaları şərəfli, vəfalı insanlarla doludur.
Adı çəkilən təşkilat Ali-Səud orqanlarının sosial şəbəkədə bir video paylaşan ərəbistanlı bir vətəndaşı həbs etdiklərini ifşa edib. Bu şəxs, paylaşdığı videoda morqda cənazələrin saxlanması üçün yerin olmamasından şikayətlənib.