“İndiyə qədər heç bir ABŞ prezidenti, İsrailin qorunması üçün dostum Obamanın etdiyi qədərini etmədi”
“Əgər bir İsrail olmasaydı mənfəətlərimizin qoruna bildiyindən əmin olmaq üçün yeni bir İsrail qurardıq.”
Sabiq ABŞ prezidenti Barak Obamanın müavini vəzifəsində çalışan Co Bayden elə o dövrdə (2013-cü il, 8 il əvvəl) bu sözləri demişdi.O vaxt “CNN” bu xəbəri yayımlayaraq elan etmişdi ki, ABŞ prezidentinin köməkçisi Co Baden “J Street” adlı yəhudi qeyri-hökumət təşkilatının konfransındakı çıxışı zamanı belə deyibmiş.
Hələ də sabiq prezidentlərin ənənəsini davam etdirən ABŞ rəsmisi o zaman da İrana ən sərt sanksiyaların Obama dövründə tətbiq olunduğunu bildirən Bayden demişdi ki: “İndiyə qədər heç bir ABŞ prezidenti, İsrailin qorunması üçün dostum Obamanın etdiyi qədərini etmədi.
Onu da vurğulamalıyam ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə olan sarsılmaz dəstəyi yalnız İsrailə mənəvi bağlılığımız deyil, qarşılıqlı milli təhlükəsizlik mənfəətlərimizin ehtivasından qaynaqlanan bir məsələdir.”